Əfsanəvi “Kamp Nou” qapılarını yenidən “Barselona” azarkeşlərinin üzünə açır
25 iyun 2025 15:14 (UTC +04:00)

Əfsanəvi “Kamp Nou” qapılarını yenidən “Barselona” azarkeşlərinin üzünə açır

İspaniyanın hazırkı futbol çempionu Kataloniya “Barselona”sı azarkeşlərinə məşhur “Kamp Nou” arenasına qayıdacaqlarını açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yenilənmiş stadionda ilk oyun avqustun 10-da, lakin müəyyən məhdudiyyətlərlə baş tutacaq.

Məlumata görə, stadionun yenidən qurulmasından sonra ilk oyun avqustun 10-da hər il keçirilən Joan Qamper Kuboku çərçivəsində keçiriləcək.

Qeyd edək ki, Kataloniya klubu ev oyunlarını 50-60 min azarkeşlə keçirəcək.

Футбол Открытие 10 августа , фото - Новости Zakon.kz от 25.06.2025 15:06

"Barselona"nın La Liqa oyunları arasında isə yarımçıq təmir işləri davam edəcək. Məlum olduğu kimi, son iki mövsümdə aparılan yenidənqurma zamanı “mavi qranatlılar” ev oyunlarını “Olimpik Lyuis Kompanis” stadionunda keçirib.

“Barselon”a stadionunun yaxınlığında təmir edilmiş "Kamp Nou"nun açılışı ilə yanaşı, böyük ehtimalla iki il əvvəl planlaşdırılan Lionel Messi muzeyi də açılacaq.

Kataloniya klubunun arenası 1957-ci ildə tikilib və ispan dilindən tərcümədə Camp Nou "Yeni sahə" deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1664

Oxşar yazılar