Sərxoş adam evə OD VURDU:  iki nəfər diri-diri yandı
25 iyun 2025 17:57 (UTC +04:00)

Sərxoş adam evə OD VURDU: iki nəfər diri-diri yandı

Rusiyanın Moskva vilayətində sərxoş adam evi yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Orexovo-Zuevski şəhər rayonunun Mistsevo kəndində baş verib.

Məlumata görə, sərxoş kənd sakini bağ evinə yanacaq tökərək yandırıb. 1 qadın və 1 kişi ölüb, daha iki kişi isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Cinayətkar özü də yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizalar təyin edilib, zərərçəkmişlər və şahidlər dindirilib. Cinayətin baş vermə şəraiti və motivləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar