60 yaşlı kişi evinə girən oğrunu  öldürüb basdırdı
26 iyun 2025 05:00 (UTC +04:00)

60 yaşlı kişi evinə girən oğrunu öldürüb basdırdı

İtaliyanın Salerno əyalətinin sakini evini qarət etmək istəyən şəxsi öldürüb cəsədini gizlətməkdə şübhəli bilinir.

Lent.az xəbər verir ki, bu haqda “Corriere della Sera” məlumat verib.

Məlumatda qeyd olunur ki, bazar günü axşam saatlarında üç nəfərdən ibarət qrup Centola şəhərinin 60 yaşlı sakininin evinə soxulub və o, onları odlu silahla qarşılayıb.

Dəstə üzvlərindən biri qaçmağa müvəffəq olub, ikincisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, üçüncüsü isə itkin düşüb.

Ev sahibi hüquq-mühafizə orqanlarına bildirib ki, atışmadan sonra cinayətkarın öldüyünə əmin olub və meyiti kənd təsərrüfatı sahəsindəki idman meydançasının yanında basdıraraq ondan xilas olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806

Oxşar yazılar