Hindistanın Uttar Pradeş ştatında bir qadın onu 3 il fahişəliyə məcbur edən ərini öldürüb. 30 yaşlı qadın uzun illər zorakılığa məruz qaldıqdan sonra çıxılmaz addım atmağa qərar verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iş materiallarına görə, kişi sistematik olaraq arvadını pul müqabilində başqa kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib. Üç il ərzində qadın iyirmi kişi tərəfindən zorakılığa məruz qalıb. Evlilik altı il davam edib, cütlüyün dörd yaşında bir oğlu var.
Polis cinayət fəaliyyətinin foto və video sübutlarını tapdıqdan sonra qadının bəzi ifadələrini təsdiqləyib. Qətlə yetirilən ərdən başqa qadını məcburi fahişəliyə cəlb etməkdə şübhəli bilinən daha beş nəfər var.
Qadın hazırda həbsdədir.