İmtahanlardan kəsilən doqquzuncu sinif şagirdi özünü öldürdü
25 iyun 2025 18:40 (UTC +04:00)

İmtahanlardan kəsilən doqquzuncu sinif şagirdi özünü öldürdü

Rusiyanın Moskva vilayətində 9-cu sinif şagirdi iki imtahandan kəsildiyi üçün intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki,16 yaşlı məktəbli il boyu yaxşı qiymətlər alsa da, imtahanlar zamanı özünü toparlaya bilməyib. O, iki fəndən - rus dili və riyaziyyatdan zəif nəticə göstərib. Məktəbdə ona deyiblər ki, sinif yoldaşları attestat alanda ona sənəd verilməyəcək. Yeniyetmə bundan çox depressiyaya düşüb.

İyunun 24-də məktəbli yaşadığı mənzildə intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar