Dünya çempionu, Argentina millisinin və Amerikanın “İnter Mayami” komandasının hücumçusu Lionel Messi tarixin 38 və daha çox yaşlı ən bahalı futbolçularının reytinqinə başçılıq edir.
Lent.az xəbər verir ki, iyunun 24-də Messinin 38 yaşı tamam olub. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.
Əvvəlki rekord Portuqaliya millisinin 40 yaşlı hücumçusu və 38 yaşında transfer dəyəri 15 milyon avro olan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən Kriştiano Ronaldoya məxsus idi.