7 il əvvəl  itkin düşən qadını əri öldürübmüş - SKELETİ TAPILDI
25 iyun 2025 16:14 (UTC +04:00)

7 il əvvəl itkin düşən qadını əri öldürübmüş - SKELETİ TAPILDI

Türkiyədə 7 il əvvəl itkin düşən qadının əri tərəfindən öldürüldüyü məlum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2018-ci il dekabr ayında M.E.U polisə zəng edərək arvadı Elena Beyderin 1 ay əvvəl evdən çıxdığını və bir daha geri qayıtmadığını deyib. Onun müraciətində qeyd olunub ki, qadın xərçəng xəstəsidir və dəfələrlə evi tərk edib.

Lakin polisin apardığı uzunmüddətli araşdırmalar nəticəsində məlum olub ki, qadını əri M.E.U. öldürüb. O, daha sonra arvadının cəsədini meşəlik ərazidə basdırıb. Bu işdə ona öz qardaşı R.U. da kömək edib. M.E.U. meyiti basdırdığı yeri polislərə göstərib və ərazidən qadına məxsus sümüklər tapılıb.

Hər iki şəxs polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar