Təhsil Nazirliyi dərsliklərin azaldılması, yaxud kitabların keyfiyyəti və sayında dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, dərsliklər tədris planında nəzərdə tutulan fənlər əsasında hazırlanır.
Təhsil Nazirliyindən verilən məlumatda o da qeyd olunur ki, bu fənlərdə azalma nəzərdə tutulmadığından dərsliklərin azaldılması da gözlənilmir.