Deputatın istefası büdcə layihəsinə təsir edib
12 fevral 2014 01:50 (UTC +04:00)

Deputatın istefası büdcə layihəsinə təsir edib

Tehran hakimiyyəti Güney Azərbaycana münasibətdə ölkə Ana Yasasının pozmaqdadır.

 

Lent.az-ın «öyrənci səsi» saytına istinadən məlumatına görə, Güney

Güney Azərbaycanın Xalxal şəhərinin İran parlamentindəki deputatı Cəlil Cəfəri bu ilin (İran təqvimi ilə 1393-cü il martın 21-dən başlayır) dövlət büdcəsindəki

ayrı-seçkiliyə etiraz olaraq, istefa verib.

 

O, deyib ki, büdcə qəbulunda bölgələrə qarşı  ədalətsiz yanaşmaya etiraz olaraq, istefa ərizəsi yazıb və məclisin sədrinə təqdim etdim: «Büdcədəki ədalətsiz münasibət aradan qaldırılmayanadək istefamı geri götürməyəcəyəm».

 

Deputat Tehrandan olan məclis üzvlərinin «siyasətdən danışmaqdan başqa» heç bir qayğılarının olmadığını vurğulayaraq bildirib ki, layihədə nəzərdə tutulan 19 və 20-ci maddələrin ləğv edilməsi nəticəsində ədalətsizliyə məruz qalan bölgələr üçün nəzərdə tutulan 420 milyard tümən maliyyə (bir milyard dollardan artıq) vəsait büdcədən çıxarıldı: «Bununla da kiçik və ədalətsizliyə uğramış yaşayış bölgələrində bir çox layihələr dayandırılıb».

 

 

 Mənbə bildirib ki, Güney Azərbaycanın Təbriz, Azərşəhr və Üskü əhalisinin parlamentdəki millət vəkili Əlirza Monadi  Xalxal millət vəkilinin istefasından danışıb : «Layihədəki 17-ci cədvəl bərpa ediləndən sonra Cəlil Cəfəri istefa ərizəsini geri götürüb».

 

Müşahidəçilər çıxarılmış maddənin bərpasının mümkün olduğuna  inanmadıqlarını bildirib.

 

Xatırladaq ki, İran Konstitusiyasına əsasən ölkənin gəliri  əyalətlər üzrə bərabər paylanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar