Daşkəsəndə elektrik verilişi bərpa edilib - <span style="color:red;">"Azərişıq"
25 iyun 2018 10:48 (UTC +04:00)

Daşkəsəndə elektrik verilişi bərpa edilib - "Azərişıq"

0

Bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb. Lent.az “Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Enerji verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb.

 

Qurumun əməkdaşları, mai-material və texnika gecədən etibarən hadisə yerinə göndərilib. Onların səyi nəticəsində fəaliyyəti dayanmış 3 elektrik verilişi xəttindən 2-nin işi artıq bərpa edilib. Əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi 2 saata bərpa olunacaq. Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal-material və texnikamızı əraziyə apara bilməmişik. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar