Cənub zonasında iki avtomobil yolunun tikintisi başa çatıb
16 sentyabr 2016 16:42 (UTC +04:00)

Cənub zonasında iki avtomobil yolunun tikintisi başa çatıb

0

 

Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi başa çatdırılıb.

 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun uzunluğu 20.05 km-dir. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 8 m enində torpaq yatağı inşa olunub. Daha sonra 15 sm qum-çınqıl qarışığı və 12 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq 2 qat olmaqla ( 6sm+4sm ) yola yeni asfalt-beton örtük döşənib. Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 1 metr enində çiyinlərin, həmçinin 254 m dairəvi boruların və 41 m düzbucaqlı boruların tikintisi aparılıb.

 

Bildirək ki, anoloji işlər Biləsuvar-Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yolunda da aparılıb. Yolun uzunluğu 16 km-dir. Tikinti layihəsi çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 9 m enində yol yatağının, həmçinin  qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət ( 20sm ) yol əsasının inşası aparılıb. Daha sonra yola 2 qat olmaqla ( 7sm+5sm ) 5 m enində yeni asfalt-beton örtüyü döşənib, 2 m enində isə çiyinlər  qurulub. Həmçinin 300 m dairəvi boruların tikilib.

 

Qeyd edək ki, avtomobil yollarının tikintisi ilə Cəlilabad rayonunda 23 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin, Biləsuvar rayonunda isə 5 yaşayış məntəqəsinin 11 bir min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla yanaşı, sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafına, insanların yetişdirdikləri məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar