Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
22 iyun 2017 09:49 (UTC +04:00)

Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

0
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
 
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat  10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
 
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
 
 
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar