Daha 79 nəfər xaricdə təhsil ala biləcək
09 sentyabr 2013 16:37 (UTC +04:00)

Daha 79 nəfər xaricdə təhsil ala biləcək

"Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Nazirlik xaricdə təhsil alan tələbələrin Azərbaycana qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacağına, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklərinə ümid etdiyini bildirib.

 

Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində  xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 231 namizəd barədə müsbət qərar qəbul edilib. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar