Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edib.
NK-dan Lent.az-a verilən xəbərə görə, Bakı Avrasiya Universiteti, Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna fəlsəfə doktoru üzrə doktorantura yaratmağa icazə verilib.