İçərişəhər Cümə məscidində ehsan veriləcək
09 dekabr 2014 12:55 (UTC +04:00)

İçərişəhər Cümə məscidində ehsan veriləcək

0

Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də İçərişəhər «Cümə məscidi» dini icması tərəfindən ehsan mərasiminin keçirilməsi nəzərdə tutulub. 

Qafqaz Müsəlmanları İdarəsi sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli Lent.az-a bildirib ki, Qurani-Kərimin əl-Bəqərə surəsinin 269-cu ayəsində belə deyilir: "Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilib. Bunu, ancaq ağıllı adamlar dərk edər". Bu hikmətli sözlər məhz Heydər Əliyevə addir”.

QMİ nümayəndəsi vurğulayıb ki, hər il olduğu kimi Heydər Əliyevin anım günündə İçərişəhərdəki «Cümə» məscidində onun ruhuna dualar oxunacaq və böyük ehsan mərasimi təşkil olunacaq. “Bu, biz inanclı insanların dahi şəxsiyyətin xatirəsinin yad edilməsinə töhfəmiz olacaq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar