Azərbaycanda çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil almaq imkanı qazanacaqlar. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulur.
Qanunda həmçinin, həmin ailələrdə uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması, bütün təhsil dövründə dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, bu ailələrin uşaqlarına 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensasiya verilməsi, istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi təklif olunur. Qeyd edək ki, qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Milli Məclisə təqdim olunub və layihənin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir.