Corat kəndindəyik. Bakıdan təxminən 30 kilometrlik bir məsafədə. Bizi bura Corat qutabının sorağı gətirib. Deyirlər çox dadlıdır. Biz də tapıb, yeyib, dadına baxacaq, təəssüratlarımızı sizinlə bölüşəçiyik”.
“Dəvə qutabını bişirmək üçün əvvəlcə xəmir yoğurub, sonar onu belə balaca kündələrə bölərək yayırlar. Amma digər qutabların hazırlanmasında fərqli olaraq burada kündələr uzunsov yayılır”.
“İlk əvvəl aşbazlarımızdan soruşaq, görək dəvə qutabını hazırlamaq üçün tutulan kündələri və əti necə hazırlayırlar”.
“İkinci mərhələdə qutabın əvvəlcədən hazırlanan əti çəkilmiş vəziyyətdə yuxaların içinə yığılır”.
Dəvə əti Maştağadan alınır, Ətin içinə soğan vurulur, sonra yuxaların içinə yığılır. Dəvə ətinin mal əti ilə fərqi bir az şirin olmasıdır. Həm də dəvə əti bir qədər bərk olur. Rənglərində də fərq var.
Deyilənə görə, qutabı restoran mətbəxinə Coratlı Gülağa gətirib. Əvvəl təndirdə bişiriblər. Təndirdə bişəndə qutablar nisbətən böyük olurmuş. Sonra kürədə bişirməklə restoranlarda tələbatı daha rahat ödəyiblər. Kürədə daha çox qutab bişirmək mümkün olur. O zamandan qutabların ölçüsü də kiçilib.
Təndir qutabı daha dadlıdır. Çünki odunun, ocağın iyi qutaba çökür.
Aşpazımız deyir ki, dəvə qutabı müştərilərin zövqünə görə hazırlanır. Bəziləri qutabı sadə istəyir, bəziləri isə içinə nar və ya zirinc vurulmuş şəkildə. Bir dəvə qutabının qiyməti 70 qəpikdir. Maraqlıdır, bir dəvənin ətindən neçə qutab hazırlamaq olur? Bunu demək çətindir. Bir kilo ətdən təxminən 70-80 ədəd.
Qutab kürədə təxminən 5 dəqiqə qalmalıdır. Artıq qutablar hazırdır. Doğrudan da dadlı çıxıb. Dadı adi qutabların dadından fərqlidir. Nuş olsun!

İlahə Vəliyeva