Çiskin, yağış, sulu qar – <span style="color:red;">SABAHIN HAVASI
28 dekabr 2015 12:55 (UTC +04:00)

Çiskin, yağış, sulu qar – SABAHIN HAVASI

Dekabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, bəzi şərq rayonlarda yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Cənub-qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz  11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 6-11 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369
avatar

Fərizə Əhmədova

Oxşar yazılar