Qəbirlərə kanalizasiya suları dolub<span style="color:red;"> - BAKIDA
21 yanvar 2015 11:09 (UTC +04:00)

Qəbirlərə kanalizasiya suları dolub - BAKIDA

0

Sabunçu rayonunun Zabrat qəsəbəsində qəbiristanlığın çirkab suları basmasının səbəbi məlum olub. Lent.az-ın report.az-a istinadən verdiyi xəbərinə görə, buna səbəb həmin ərazidə kanalizasiya sisteminin olmamasıdır.

Ətrafda yaşayan sakinlər qəbiristanlıqda çirkab sularının yığılmaması üçün öz imkanları hesabına üstü açıq kanalizasiya xətləri çəksələr də, bunun xeyri olmayıb.

"Azərsu" Səhmdar Cəmiyyətinin Sabunçu rayon idarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Qəbiristanlıqdakı çirkab sularının təmizlənməsi və bu hadisənin təkrarlanmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar