Çinin Şincan bölgəsində 37 nəfərin ölümünə səbəb olan hücumda günahkar bilinən 27 uyğur türkünə edam cəzası kəsilib. Lent.az-ın Çin mətbuatına istinadən verdiyi məlumata görə, 27 uyğurdan 12-si dərhal edam ediləcək. Qalan 15-i isə 2 il həbs cəzasını çəkdikdən sonra müvafiq qaydada.
Bundan başqa məhkəmə hökmü ilə daha 9 nəfərə ömürlük, 20 nəfərə isə 4 ildən 20 ilə qədər həbs cəzası verilib.