Cəzaçəkmə müəssisələrinə inzibati orqan statusu verildi
28 oktyabr 2013 11:09 (UTC +04:00)

Cəzaçəkmə müəssisələrinə inzibati orqan statusu verildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının inzibati orqanların təsnifatı siyahısına daxil edilməsi barəsində qərar verib. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilib.

 

"İnzibati orqanların Təsnifatı"nın II bölməsinin 2-ci hissəsində 2.1.8-ci yarımbənd əlavə edilib ki, həmin yarımbənddə də cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının inzibati orqanların siyahısına salınmasını bildirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Nizam Rza

Oxşar yazılar