Cənub bölgəsinin sürüşmə sahələrindəki monitorinqlərin nəticələri açıqlandı
10 iyun 2013 12:33 (UTC +04:00)

Cənub bölgəsinin sürüşmə sahələrindəki monitorinqlərin nəticələri açıqlandı

“Azərbaycanın cənub zonasındakı sürüşmə ərazilərində aparılan monitorinqlər başa çatıb”. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib.

B. Qaralovun sözlərinə görə, monitorinqlər 5 rayonda - Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlıda həyata keçirilib. Monitorinq cənub bölgəsinin magistral yollarında və kəndlərində aparılıb: “Monitorinqlərin nəticəsinə əsasən deyə bilərəm ki, həmin ərazilərdə aktivləşmə müşahidə olunmayıb”.

 

Nazirlik rəsmisi onu da vurğulayıb ki, Lənkəran-Lerik yolunun 18-19-cu km-dəki suxurlar axıcı suxurlardır və orada vəziyyət olduğu kimi qalmaqdadır.

 

Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi ötən həftə Şamaxıda baş vermiş uçqun məsələsinə də aydınlıq gətirib və bildirib ki, onlarda bu barədə məlumat yoxdur: “Şamaxı ərazisindəki sürüşmə sahələrində aktivləşmə yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar