Bu gün gecə saat 03.05 dəqiqədə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Əmikişiyev Raqil Arazxan oğlu qəflətən vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölümün hansı səbəbdən baş verdiyi ilə əlaqədar prokurorluq orqanları araşdırma aparır.
Müdafiə Nazirliyi Raqilin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.