Cəlilabadda təhlükəli xəstəlik yayılıb
16 iyul 2014 16:20 (UTC +04:00)

Cəlilabadda təhlükəli xəstəlik yayılıb

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinlər bildiriblər ki, heyvanların dırnağı soyulur, bədənində yumru şişlər əmələ gəlir, iştahasızlıq yaranır. Artıq mal-qara arasında bir neçə ölüm faktının qeydə alındığı da bildirilir.

 

Cəlilabad Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev faktı təsdiqləyib. O, APA-ya bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları hazırda rayonun Alar və Biləsuvar rayonu ilə həmsərhəd kəndlərdə müayinələrə başlayıblar. Alar kəndində 24 baş mal-qarada xəstəlik aşkar olunub.

 

V. Əliyev deyib ki, iyulun 17-də Respublika Baytarlıq Xidmətinin əməkdaşları rayona ezam olunacaqlar.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova isə APA-ya bildirib ki, epizootik durumla bağlı sabah məlumat açıqlanacaq: “Biz sabah bu haqda məlumat verəcəyik. Həmin informasiyalar yalandır. Çünki heyvanlar arasında bir dənə də ölüm faktı yoxdur. İndi laborator  müayinələr aparılır. Biz diaqnozu müəyyənləşdirdikdən sonra məlumat verəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1855

Oxşar yazılar