Cəbhəboyu zonadakı hərbi hissələrdə psixoloji maarifləndirmə tədbirləri keçirilib
29 noyabr 2017 17:55 (UTC +04:00)

Cəbhəboyu zonadakı hərbi hissələrdə psixoloji maarifləndirmə tədbirləri keçirilib

0
Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji  sahədə maarifləndirmə mövzusunda tədbirlər keçirilib.
 
 
Lent.az-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, nazirıiyin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İstimaiyyətlə Əlaqələr İdarəsinin hərbi hissələrdə keçirdiyi görüşlərdə polkovnik-leytenant Rasim Manafov, polkovnik-leytenant Vüsal Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə şəhəri “Şah Abbas” Cümə Məscidi Dini İcmasının sədri Hacı Əlisəftər Səfərəliyev, psixoloqlar Zahid Tağıyev və Oqtay Verdiyev təşkil olunan tədbirlərin  mahiyyəti, məqsədləri barədə məlumat verərək psixoloji maarifləndirmə istiqamətində məruzələrlə çıxış ediblər.
 
Hərbi hissələrin müvafiq komandir-rəis heyəti ilə “Gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılmış hərbi qulluqçularla fərdi-psixoloji işə dair təlimat və  tövsiyyələr verilib.
Hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantıda polkovnik-leytenant Vüsal Hüseynov “Psixoloji müşahidələrin aparılması metodikası”, dövlət qulluqçusu Elçin Umudov “Stressə üstün gəlmək və vaxtında qarşısını almaq üsulları” mövzularında seminar məşğələləri keçirərək hərbi qulluqçulara metodiki materiallar təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar