Çaylarımızdakı vəziyyət açıqlandı
13 sentyabr 2013 11:30 (UTC +04:00)

Çaylarımızdakı vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-120, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 50 faizini təşkil edir. 
 

Sentyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95,0 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 75,0 m3/s və ongünlük normanın 54 faizini təşkil edib. Sentyabrın 13-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95,0 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 198 m3/s təşkil edib və ongünlük normanın 219 faizinə bərabər olub.

Sentyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda isə suyun səviyyəsində 6 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2012-ci il sentyabrın 13-də 420 sm), Şirvanda 198 sm (2012-ci il sentyabrın 13-də 259 sm ), Salyanda 176 sm (2012-ci il sentyabrın 13-də 173 sm ), Bankədə 205 sm (2012-ci il sentyabrın 13-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 51 sm (2012-ci il sentyabrın 13-də 145 sm) təşkil edir.

# 346
avatar

Oxşar yazılar