Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
01 aprel 2013 17:33 (UTC +04:00)

Çaylarımızdakı mövcud vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-170, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 20 faizini təşkil edir. 

 

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 280 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 192 m3/s və ongünlük normanın 41 faizini təşkil edib. Aprelin 01-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 102 m3/s təşkil etmiş və ongünlük normanın 74 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında suyun səviyyəsində də əsasən artım müşahidə olunub. Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 14 sm, Araz çayının Novruzlu məntəqəsində 22 sm artım, Bankədə 7 sm, Salyanda isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2012-ci il aprelin 01-də 625 sm), Şirvanda 208 sm (2012-ci il aprelin 01-də 533 sm ), Salyanda 146 sm (2012-ci il aprelin 01-də 463 sm ), Bankədə 196 sm (2012-ci il aprelin 01-də 328 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2012-ci il aprelin 01-də 365 sm) təşkil edir.

# 478
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57