Çaylarda suyun səviyyəsi artıb
25 yanvar 2013 11:25 (UTC +04:00)

Çaylarda suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-240, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-160, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. 


Yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 140 m3/s, ongünlük normanın 89 faizini təşkil edir. Yanvarın 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13 sm, Şirvanda 23 sm, Bankədə 4 sm azalma, Salyanda 21 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım qeydə alınıb.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar