Çaylarda aparılan monitorinqin nəticələri açıqlandı
12 iyun 2013 14:41 (UTC +04:00)

Çaylarda aparılan monitorinqin nəticələri açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyun ayının birinci ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinq Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılıb.

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
 

Araz çayı üzrə Horadizdə fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-dən artıq olub.


Suyun oksigen rejimi bütün məntəqələrdə 6.0-6.21 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar