Cavid Qurbanov jurnalistləri təbrik etdi
22 iyul 2014 22:51 (UTC +04:00)

Cavid Qurbanov jurnalistləri təbrik etdi

Milli Mətbuat Günü ilə əlaqədar Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in sədri Cavid Qurbanov jurnalistləri təbrik edib. Lent.az-ın məlumatına görə C.Qurbanov müasir dövrdə ciddi jurnalistika ilə məşğul olanları bacarıqlı və cəsarətli insanlar kimi dəyərləndirib. Təbrikdə deyilir: "22 iyul Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik edir, tutduqları çətin və məsuliyyətli peşə yollarında böyük uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram. Bu gün informasiya bolluğunda sözünə və amalına sadiq qalaraq öz yerini tapmaq böyük bir bacarıq və cəsarət tələb edir. İnanıram ki, cəmiyyətin maariflənməsində, eləcə də respublikamızda baş verən müsbət dəyişikliklərin dəqiq, qərəzsiz çatdırılmasında xüsusi rola malik olan mətbuat işçiləri üzərinə götürdükləri şərəfli missiyanı bundan sonra da ləyaqətlə yerinə yetirəcəklər.
 
Sözünüz kəsərli, qələminiz həmişə iti olsun".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar