Çağırışların sayında artım
01 mart 2013 14:44 (UTC +04:00)

Çağırışların sayında artım

Bakıda son 20 il ərzində təcili yardıma daxil olan çağırışların sayında ən yüksək artım qeydə alınıb.

 

Bunu APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib. O bildirib ki, bu ilin yanvar-fevral aylarında ilk dəfə olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasına daxil olan çağırışların sayı həddən artıq yüksələrək 2300-ü keçib. Onun sözlərinə görə, cari il yanvarın 1-dən etibarən çağırışların sayı qəfildən artaraq 2000-i ötüb, fevral ayında isə çağırışların sayı 2300-2400 arası olub: “Sonuncu dəfə belə hal 1990-cı ildə qeydə alınıb. Amma 1990-cı ildən sonra da paytaxtda bu qədər sayda çağırış qeydə alınmayıb. Ötən illərdə çox az hallarda ay ərzində çağırışların sayı 1600-1700-ü keçirdi. Bu il isə qeydə alınan hal son 20 ildə ən yüksək göstərici idi. Artıq çağırışların sayında azalma var və stansiyaya orta hesabla 1700-1800 müraciət daxil olur”.

 

Mürsəl Həmidov qeyd edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasına daxil olan müraciətlərin sayının artmasının 25-30%-i ölkədə müşahidə olunan kəskin respirator virus infeksiyaları ilə əlaqədardır.

# 666
avatar

Oxşar yazılar