“Gələcəkdə buraxılış imtahanlarında yazı işlərinin yoxlanılmasında rayondakı mütəxəssislər də iştirak edəcək”.
Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə çıxışında bildirib. TQDK sədri qeyd edib ki, eyni rayonun mütəxəssisləri təmsil olunduqları rayonun yazı işlərinin yoxlama işlərində iştirak etməyəcək: “Məsələn Biləsuvarın orta məktəblərində yazı işlərini yoxlamağa həmin rayondan olan mütəxəssislər cəlb olunmayacaq”.