TQDK 2012/2013-cü tədris ilində rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaları tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərin siyahısını açıqlayıb. Komissiyadan Lent-az-a verilən məlumata görə,
həmçinin, buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin də adları açıqlanıb. Belə ki, Bakının Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlar üçün)
Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi, Xəzər rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonunda 116 nömrəli korlar və zəif görən uşaqlar üçün orta məktəb, Səbail rayonunda 87 nömrəli orta məktəb, Suraxanı rayonunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, Sumqayıt şəhərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi, Lənkəran şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi buraxılış imtahanlarından azad olunub.
Buraxılış imtahanından azad olunan məktəblərin siyahısı açıqlandı
1155