Baş nazir Artur Rasizadə "Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərar Dövlət Statistika Komitəsinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib.
Qərara əsasən, Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarı artırılaraq, 1.65 manat (əvvəl bu vəsait 1.1 manat idi) olub.
Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.