Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, martın 1-də, günorta saatlarında Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən (yol bağlanmır) məhdudlaşdırılır. Bu barədə Lent.az-a Dövlət Avtomobil Yolları Agentliyindən bildirilib.
Agentlik müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.