15 yaşlı Samir Əliyev Cəlilabad rayonunun Muğan kəndində yaşayır. APA TV-nin cənub bürosunun məlumatına görə, elastik bədən quruluşuna malik olan qəhrəmanımız yaşıdlarının bacarmadığı qeyri- adi gimnastik hərəkətlərin öhdəsindən asanlıqla gəlir. O, gah müxtəlif formalarda yeriyir, gah da qollarını oynağından çıxarır.
Təəccüb doğuran cəhət isə ondadır ki, belədə Samir bədənində qətiyyən hər hansı bir ağri hiss etmir. Samirin sözlərinə görə, o, ilk gimnastik hərəkətlərlərə lap kiçik yaşlarından başlayıb.
Kənd orta məktəbinin 8-ci sinfində oxuyan Samirin heyrətamiz hərəkətləri bununla bitmir. İlan kimi əlini boynuna dolamaq, bir ayağini boynundan asmaqla tək ayğı üstə yerimək və ən nəhayət, hər iki ayağini boynunun arxasına keçirməklə əlləri üstə hərəkətdə olmaq onun üçün heç də çətin deyil.
Böyük arzularla yaşayan balaca Samir gələcəkdə kaskadyor kimi kinofilimlərdə çəkilmək niyyətindədir