Cari tədris ilində bəzi təhsil müəssisələrinin akkreditasiyası gözlənilir.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “2016-2017-ci tədris ilində təhsil müəssisələrinin akkreditasiyası qrafiki” nə uyğun olaraq hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Avrasiya Universiteti və Xəzər Universitetinin akkreditasiyası ilə bağlı işlər həyata keçirilir.
Bundan başqa, Qərb Universiteti, Odlar Yurdu Universiteti, ADA Universiteti, “BSB” tam orta innovasiyalar məktəbinin akkreditasiyasının keçirilməsi planlaşdırılır.