Bu rayonların abituriyentləri 100-dən aşağı bal toplayıb
11 fevral 2015 11:36 (UTC +04:00)

Bu rayonların abituriyentləri 100-dən aşağı bal toplayıb

 

“2014-cü ilin qəbul imtahanlarında abituriyentlərin 64.7 %-i qəbul imtahanlarında 200-dən az bal toplayıb”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

 

O qeyd edib ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 64.7 %-i imtahandan "2", 13.6 %-i "3", 15.7%-i "4",  6 %-i isə "5" qiymət alıb. “Ötən il bu göstəricilər uyğun olaraq 65.0 %, 13.8 %, 15.7 %, 5.6 % olub. Göründüyü kimi, bu il «2» və «3» qiymət alanların faizi nisbətən azalıb, «5» qiymət alanların faizi artıb, «4» qiymət alanların faizi isə dəyişməyib.

 

Komissiya sədri onu da vurğulayıb ki, qəbul olanların 29.9 %-ni "3", 40.2 %-ni "4", 15.5 %-ni isə "5" qiymət alanlar təşkil edib. “Ötən il bu göstəricilər uyğun olaraq 27.7 %, 41.3 %, 14.8 % olub. 100-200 bal toplayan abituriyentlərin isə 19 %-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır”.

 

M. Abbaszadə təəssüflə vurğulayıb ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-in Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40 %-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar