Dekabrın 18-dən etibarən aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq Babək prospektində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, yenidənqurma işləri prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.
“Azəravtoyol” sürücülərdən xahiş edir ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.