Ekologiya və Təbii Sərvətlər Nazirliyi dağlıq ərazilərdə aparılan qarölçmə işlərinin nəticələrini martın sonunda açıqlayacaq.
ETSN-nın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, martın 2-dən 13-dək Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işləri aparılıb. Hazırda qarölçmə işlərinin nəticələri üzrə hesablama işləri aparılır. Təhlillər başa çatdıqdan sonra martın sonunda yaz-yay gursululuq dövrü üzrə çaylarda gözlənilən sululuğa dair proqnoz açıqlanacaq.