Bu il Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verilib
14 iyul 2014 12:57 (UTC +04:00)

Bu il Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verilib

2014-cü ilin 6 ayı ərzində 2 uşaq əcnəbi ailəyə övladlığa verilib.


 

Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirib.


V. Möhsünovanın sözlərinə görə, uşaqlardan biri ABŞ, digəri isə Gürcüstanda yaşayan azərbaycanlı ailələrə övladlığa verilib.

 

Hər 2 uşaq oğlandır.

 

V. Möhsümova əlavə edib ki, azərbaycanlı uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi qaydalarında hələlik heç bir dəyişiklik yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar