Bu il 71 məktəb inşa edilib
15 sentyabr 2017 09:25 (UTC +04:00)

Bu il 71 məktəb inşa edilib

0

 

2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq.  Birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ili ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət" ili elan edilib,  ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. 

 

Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.12 məktəb binası əsaslı, 484 məktəb cari təmir edilib.1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

 

2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar