2017-ci ildə də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi elektron sənəd qəbulu əsasında həyata keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb. Bu portal 2016-cı ildən fəaliyyət göstərir, tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib.