Bu gün daha 19 rayonda imtahan keçirilir
17 iyun 2013 10:24 (UTC +04:00)

Bu gün daha 19 rayonda imtahan keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Xızı, Şamaxı, Qobustan, Mingəçevr, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şirvan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən,  rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yuxarıda adı çəkilən rayonlarla yanaşı, bu gün valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar xidmətin tərbiyə müəssisələrində də buraxılış imtahanları keçirəcək.

Qeyd edək ki, tədris ingilis və gürcü dillərində olan orta məktəblərin buraxılış siniflərinin şagirdləri mərkəzləşdirilmiş qaydada yalnız riyaziyyat fənnindən imtahan verəcəklər və onlara test tapşırıqları müvafiq tədris dilində təqdim olunacaqdır. Həmin şagirdlər üçün imtahan müddəti 45 dəqiqədir.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq. İmtahanda 21249 nəfər IX sinif,  15054 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.
İmtahanın (9-cu sinif) idarə olunması üçün 1812 nəzarətçi-müəllim ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar