![[b]Bu gün bu saatlarda milli parklara giriş pulsuzdur[/b]](https://lent.az/storage/news/2019/march/03/big/961fa0f60033f02117af3662ebf47cd1.jpg)
[b]Bu gün bu saatlarda milli parklara giriş pulsuzdur[/b]
3 mart - Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar milli parklarda bu gün "Açıq qapı" günü keçirilir.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, bu gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək:
"Açıq qapı" günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".
İ.İbrahimova vurğulayıb ki, "Açıq qapı" günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda 10 milli park - Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac, Zəngəzur Milli parkları var.
Oxşar yazılar
Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44
Sabah çimərliklərə getməyə hazırlaşanlara XƏBƏRDARLIQ: Güclü külək əsəcək
3 iyul 2025 , 17:31