Bu gün Azərbaycana bahar gəlib - YENİLƏNİB
20 mart 2017 15:20 (UTC +04:00)

Bu gün Azərbaycana bahar gəlib - YENİLƏNİB

Azərbaycana bahar gəlib. AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, bahar martın 20-si saat 14:29 radələrində ölkəyə qədəm basıb.

 

O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.

 

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub.

 

“Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”, - deyə X. Mikayılov qeyd edib.

 

 

 

*****

 

 

10:20

 

 

Bu gün Azərbaycana bahar gəlir. Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Lent.az xəbər verir ki, həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Nizam Rza

Oxşar yazılar