Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.
APA-nın xəbərinə görə, saat 10.00-da başlayacaq yığıncaqda AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Tədbirdə Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın Adlı mükafatlarının təqdimatı da olacaq.