Bu fakültəni bitirən 100 nəfərə iş verilib
17 dekabr 2017 10:20 (UTC +04:00)

Bu fakültəni bitirən 100 nəfərə iş verilib

Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakültəsi yaradılıb.

 

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər CamalovAzərbaycan qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.

 

Y. Camalov nəzərə çatdırıb ki, nazirliyin sifariş verdiyi 5 müdafiə təyinatlı ixtisas üzrə bakalavr və magistr pillələrində 2012-2013-cü tədris ilindən kadr hazırlığına başlanılıb: "Fakültədə təhsil alan tələbələrə praktik məşğələlərin keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində əyani vasitələrlə təmin olunmuş auditoriyalar yaradılıb. Fakültəni bitirən 100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq işlə təmin olunub, ixtisaslı kadrlar kimi fəaliyyətlərinin davam etdirilməsi və təhsil illərində əldə etdikləri biliklərin tətbiqi üçün lazımi şərait yaradılıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

APA Baycan

Oxşar yazılar