Britaniya Azərbaycan Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvlərinin adları açıqlanıb. Lent.az-ın məlumatına görə, İngiltərə və Uels Hüquq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə 2013-cü ildə Londonda təsis edilmiş Britaniya Azərbaycan Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvlərinin adları açıqlanıb:
Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının sədri Adrian Hyuz (“39 Essex Street Chambers” - Londonun 39 Essex küçəsində yerləşən məşhur hüquq Palatasının “Kral Vəkili” statusuna malik hüquqşünası), sədr müavini Rəvan Məhərrəmov (tanınmış hüquq şirkəti olan Withers LLP şirkətinin hüquq məsləhətçisi), katib Rüfət Qədimli (White&Case), xəzinədar isə İan Thompsondur (FTI Consulting).
Assosiyasiyanın İdarəetmə Komitəsi aşağıdakı tərkibdə təsdiq edilmişdir: “Bakı Hüquq Mərkəzi” MMC-nin direktoru Anar Bağırov, “EKVİTA”MMC-nin direktoru İlqar Mehdi, BM Morrison Partners şirkətinin baş partnyoru Fərhad Mirzəyev, Chris Coffin (Withers LLP), Nigel Jones (BP) və Emma Edhem (Türkiyə-Briyaniya Ticarət və Sənaye Palatası).
Qeyd edək ki, Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdən ibarətdir.
Onu da qeyd edək ki, Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdir.