APA TV-nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Samur” gömrük-keçid məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib. Onun sözlərinə görə, növbənin yaranmasının səbəblərindən biri Rusiyada yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycanda istirahətdə olan Rusiya vətəndaşlarının geri qayıtmasıdır.
Bundan başqa, Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi səbəbindən Türkiyə və Gürcüstandan Rusiyaya gedən avtomobillər də Azərbaycan ərazisindən keçir. Bununla bağlı Azərbaycan-Rusiya sərhədində intensiv işlər aparılıb. Gün ərzində sərhəddən avtomobillərin buraxılması sürətləndirib.
Artıq tıxac aradan qaldırılıb. “Samur” gömrük-keçid məntəqəsinin rəis müavininin sözlərinə görə, hazırda “Samur” gömrük məntəqəsinin fəaliyyətində heç bir problem yoxdur.